Milli azadlıq hərəkatının fəallarından olan Arif Rəhimzadə dünyasını dəyişib.

Bu barədə xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı bildirib.

Xeber Press-ə verilən xəbərə görə

O qeyd edib ki, Arif Rəhimzadənin Vətəndən uzaqda - İsveçin Höteburq şəhərində gözlənilmədən vəfat edib:

"Çətin ürək əməliyyatı keçirsə də, sağlamlığını bərpa etmişdi və saatlarla davam edən son görüşümüzdə milli taleyimiz və Azərbaycanın bütünlüyü baxımından ciddi dəyər daşıyan xeyli yaradıcılıq planlarından danışmışdı. Arif bəylə 1988-ci ildə, Milli Azadlıq Hərəkatının yüksələn günlərində tanış olmuşdiq. O, hərəkatın ziyalı qanadını təmsil edən, təmkinli, ciddi analitik təfəkkürü olan, özünü gözə soxmayan bir alim, fikir öndəri və vətən fədaisi idi. Azərbaycan diaspor təşkilatlarının tariximiz, mədəniyyətimiz, milli ideallarımız baxımından maarifləzinməsində çəkdiyi zəhmət yüksək qiymətə layiqdir. Allah rəhmət eləsin!"

Digər Cəmiyyət Xəbərləri